EN

Avrozonanın fevral ayında ticarət profisiti 11,5 milyard avro təşkil edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonanın fevral ayında ticarət profisiti 11,5 milyard avro təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi Avropa İttifaqı (Aİ) və Avrozonanın fevral ayına dair beynəlxalq ticarət göstəricilərini açıqlayıb.

Məlumatlara əsasən, Aİ-nin ixracı fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 204,7 milyard avro təşkil edib, idxalı isə 3,5 faiz enərək 195,7 milyard avroya düşüb. Beləliklə, AB həmin ayda 9,1 milyard avro həcmində xarici ticarət profisiti əldə edib.

Avrozonada isə ixrac fevral ayında illik müqayisədə 6,7 faiz azalaraq 232,4 milyard avroya, idxal isə 2,2 faiz azalaraq 220,9 milyard avroya enib. Nəticədə, Avrozonanın ticarət profisiti fevralda 11,5 milyard avro olub.

Fevral ayında AB ölkələrindən ən çox idxal edən ölkələr 38,3 milyard avro ilə Amerika Birləşmiş Ştatları, 28,6 milyard avro ilə Böyük Britaniya, 18,9 milyard avro ilə İsveçrə, 14,2 milyard avro ilə Çin və 8,9 milyard avro ilə Türkiyə olub.

Aİ ölkələrinə ən çox ixrac həyata keçirən ölkələr isə 45,5 milyard avro ilə Çin, 27,7 milyard avro ilə Amerika Birləşmiş Ştatları, 13,1 milyard avro ilə Böyük Britaniya, 11,9 milyard avro ilə İsveçrə, 7,6 milyard avro ilə Türkiyə və Norveç olaraq müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
9
2
banco.az

3Sources