EN

Coy-Lens Mikelsin üz sümüyü qırılıb

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"la görüşdə zədələnən "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin son durumu açıqlanıb.

QOL.az klubun mətbuat xdimətinə istinadən xəbər verir ki, ilkin müayinənin nəticəsinə görə, almaniyalı hücumçunun üz nahiyyəsində sınıq aşkarlanıb. 

Onun sıraya nə zaman dönəcəyi ilə bağlı məlumat verilməyib. Mikelsin durumu sabahkı müayinədən sonra dəqiq bilinəcək.

Qeyd edə ki, Coy-Lens Mikels 18 qolla Misli Premyer Liqasında bombardirlər yarışının lideridir.

Chosen
18
1
teleqraf.com

2Sources