EN

Bu şəxslər ciddi təhlükə altında – ŞOK XƏBƏRDARLIQ

Dünya üzrə sürətlə yayılan qaraciyər yağlanması ilə bağlı narahatedici yeni araşdırma dərc olunub.

NOCOMMENT.az xəbər verir ki, “The Lancet Gastroenterology & Hepatology” jurnalında yayımlanan araşdırmaya əsasən, 2050-ci ildə təxminən 1,8 milyard insan bu xəstəlikdən əziyyət çəkəcək.

Araşdırma göstərir ki, 2023-cü ildə dünyada təxminən 1,3 milyard insanda qaraciyər yağlanması müşahidə olunub. Bu rəqəm 1990-cı ildə qeydə alınan təxminən 500 milyon hal ilə müqayisədə demək olar ki, üç dəfə artım deməkdir. Mütəxəssislər bu ciddi artımın əsas səbəbləri kimi əhalinin çoxalmasını, piylənmə səviyyəsinin yüksəlməsini və qan şəkəri göstəricilərinin pisləşməsini qeyd edirlər.

Metabolik mənşəli qaraciyər yağlanması kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Kişilərdə ən yüksək göstəricilər 35-39 yaş aralığında, qadınlarda isə 55-59 yaş arasında qeydə alınır.

Tədqiqatın nəticələrinə görə, xəstəliyin əsas səbəbi yüksək qan şəkəri səviyyəsidir. İkinci yerdə isə artıq çəki və piylənmə dayanır.

Erkən mərhələdə adətən heç bir əlamət verməyən bu xəstəlik vaxtında müalicə olunmadıqda qaraciyər sirrozu və qaraciyər xərçəngi riskini ciddi şəkildə artırır.//Musavat.com 

Chosen
5
2
nocomment.az

3Sources