"Milli Aviasiya Akademiyası" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Gəncə" ilə bürünc medal matçına uğurlu start verə bilməyib.
Aznews.az xəbər verir ki, Bunu komandanın baş məşqçisi Emin Əbilov deyib.
Mütəxəssis rəqibin daha əzmkar mübarizə apardığını bildirib:
"Oyuna uğurlu start verə bilmədik. Birinci setdə toparlanmağa çalışsaq da, yenə məğlub olduq. İkinci setdə dörd xal öndə olsaq da, üstünlüyü qoruya bilmədik. "Gəncə" komandası blokda, müdafiədə çox yaxşı çıxış etdi, güclü zərbələrlə qələbə qazandı. Rəqibi təbrik edirəm, çox əzmkar mübarizə nümayiş etdirdilər".
E. Əbilov rəqib kollektivin bu görüşə daha yaxşı kökləndiyini vurğulayıb: