EN

İranda onlarla casus saxlanıldı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kirman şəhərində ABŞ və İsrailin casus şəbəkəsini ifşa edib.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"SEPAH kəşfiyyatı Kirmanda düşmənin casus və terror şəbəkələrinə ağır zərbə vurub, 51 nəfər saxlanılıb", - məlumatda vurğulanıb.

Bildirilib ki, kəşfiyyat xidmətləri ilə əlaqəli 3 casus qrupu ifşa olunub, "İnternational" terror şəbəkəsi ilə əlaqəli 6 media agenti ələ keçirilib.

Chosen
8
8
publika.az

10Sources