EN

Zibil torbalarını xatırladan divan Fotolar

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Reper A$AP Rokinin “Hommemade” mebel brendi "TrashBag Couch" adlı yeni divan təqdim edib.

Axşam.az xəbər verir ki, bu barədə "Hypebeast" məlumat yayıb.

Divan zibil torbalarını xatırladan hiperrealist görünüşə malik kreslolardan ibarətdir.

Yastıqlar qara, qırmızı və mavi rəngli şəffaf zibil paketləri formasındadır və sanki plastik qablar, əzilmiş pul, şirniyyat qablaşdırmaları və digər təsadüfi əşyalarla doludur.

Hazırda məhsul hələ brendin onlayn mağazasında satışa çıxarılmayıb, buna görə də rəsmi qiyməti məlum deyil. Lakin bu divanın doqquz torbadan ibarət komplektinin təxminən 18 min dollara qədər başa gələcəyi ehtimal edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
axsam.az

2Sources