EN

Simeone finaldakı yenilgini belə dəyərləndirdi

Fanat saytına istinadən ain.az xəbər verir.

İspaniya Kubokunun dünən baş tutan finalında "Real Sosyedad"a uduzan (2:2, penaltilərlə 3:4) "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"Öncə rəqibi təbrik etmək istəyirəm. İlk qola yaxşı reaksiya verdik, amma sonra temp aşağı düşdü. Fasilədə danışdıq və ikinci yarıda lazım olduğu kimi oynadıq. Üçüncü qolu da vura bilərdik. Conni və Baenanın real fürsətləri oldu. Əlavə vaxtda isə hər komandanın bir qol imkanını izlədik.

Layiqli mübarizə apardıq. Təəssüf ki, oenalti seriyasında bəxt rəqibin tərəfində idi. Onları təbrik edirəm".

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
fanat.az

2Sources