EN

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail qüvvələri şənbə axşamı Suriyanın Quneytra əyalətinin cənub kəndindəki Tel əl-Əhmər əş-Şərqi ərazisinə doğru irəliləyərək, təpənin zirvəsində mövqe tutublar.

Axar.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Suriya mediasının məlumatına görə, hücumda iki tank, iki nəqliyyat vasitəsi və Amerikanın “Humvee” yolsuzluq avtomobili ilə təchiz olunmuş qüvvələr iştirak edib. Qoşunlar zirvədəki obyektə daxil olaraq hazırlanmış ərazini ələ keçiriblər.

Şənbə günü eyni zamanda İsrail qüvvələri Quneytranın şimal kəndinə də daxil olub və orada Taranja-Məzar əl-Əmal yolunda müvəqqəti nəzarət məntəqəsi qurub və geri çəkilməzdən əvvəl mülki əhalini qısa müddətə yoxlayıblar.

Qeyd edək ki, İsrail qüvvələri Livanın cənubunda da işğal etdiyi əraziləri genişləndirməklə məşğuldur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
1
axar.az

2Sources