EN

Xersonda avtomobilə zərbə endirildi - Ölən və yaralananlar var

Bu gün səhər Ukraynanın Xerson şəhərinin rayonlarından birində Rusiya avtomobilə dron zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin "Telegram" kanalında məlumat paylaşılıb.

Qeyd olunub ki, zərbə nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.

"Mürəkkəb təhlükəsizlik vəziyyətinə baxmayaraq, xilasedicilər həlak olan sürücünün meyitini çıxarıblar", - məlumatda bildirilib.

Bizim.Media

Chosen
2
8
bizim.media

9Sources