EN

Bəqayidən xanım diplomata sərt tənqid: İkiüzlülüyə son qoy!

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Avropa İttifaqının (Aİ) rəsmisi Kaja Kallası sərt şəkildə tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

Diplomat Kallası ikiüzlülüyə son qoymağa çağırıb.

Bəqayi bildirib ki, Avropa “beynəlxalq hüquq” anlayışını yalnız başqalarına dərs keçmək üçün istifadə edir:

“Lakin ABŞ və İsrailin İrana qarşı hücumlarını görməzlikdən gəlir. Avropa İttifaqı ABŞ-İsrail təcavüz müharibəsinə sakitcə yaşıl işıq yandırdə və iranlılara qarşı zorakılıqlara göz yumdu”.

İran XİN sözçüsü əlavə edib ki, Avropa prinsiplərini tətbiq etməkdə acizdir:

“Heç bir beynəlxalq hüquq norması İranın Hörmüz boğazından ölkəyə qarşı hərbi təcavüz üçün istifadənin qarşısını almaq məqsədilə tədbirlər görməsinə mane olmur”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
globalinfo.az

1Sources