EN

Torreyra: "Fənərbağça" ilə matça çempion kimi çıxacağıq

"Qalatasaray"ın uruqvaylı ulduzu Lukas Torreyra "Gənclərbirliyi" (2:1) üzərində qazanılan qələbəni şərh edib.

Azreform.info xəbər verir ki, çətin səfər oyununda vacib üç xal qazandıqlarını vurğulayan Torreyra, "Fənərbağça" derbisi barədə də danışıb.

Uruqvaylı derbi ilə bağlı bunları söyləyib: "Bu, bütün Türkiyənin və dünyanın izləyəcəyi bir derbi olacaq. Həmin matça 4 xallıq üstünlüklə və çempion kimi çıxacağıq. Derbidə daha rahat komanda ola bilərik. Qazanmalıyıq. Onlar daha çox stress altında qala bilərlər. Qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, İstanbul derbisi 26 aprel saat 21:00-da "Rams Park"da keçiriləcək.

Chosen
10
3
azreform.info

4Sources