EN

Qalibaf: ABŞ Prezidenti bir saat ərzində yeddi yalan danışdı

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Danışıqlar haqqında real və etibarlı xəbərləri XİN-in rəsmi nümayəndəsinin son müsahibəsində oxuyun"

“ABŞ Prezidenti bir saat ərzində yeddi yalan danışdı”. AYNA.AZ xəbər verir ki, bu sözləri İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial mediada yazıb.

Qalibaf ABŞ-ın "bu yalanlarla müharibəni qazanmadığını və danışıqlarda heç nəyə nail ola bilməyəcəklərini" söyləyib.

“Blokada davam edərsə, Hörmüz boğazı açıq qalmayacaq. Hörmüz boğazından keçid təyin olunmuş marşruta uyğun olaraq və İranın icazəsi ilə həyata keçiriləcək. Boğazın açıq və ya bağlı olması və onu tənzimləyən qaydalar sosial mediada deyil, yerində müəyyən ediləcək", - deyə İran Parlamentinin sədri qeyd edib.

 O əlavə edib ki, "informasiya müharibəsi və ictimai rəyin manipulyasiyası müharibənin vacib hissəsidir və İran xalqı bu hiylələrə aldanmayacaq".

O qeyd edib ki, "danışıqlar haqqında real və etibarlı xəbərləri XİN-in rəsmi nümayəndəsinin son müsahibəsində oxuyun".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
ayna.az

1Sources