EN

Uşaqlarınıza bu adları qoymayın! Deputatdan ÇAĞIRIŞ

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Milli adlar və soyadlar mövzusu illərdir müzakirə olunur. Müəyyən irəliləyişlər olsa da, durum arzu olunan səviyyədə deyil”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

O bildirib ki, hər kəsin övladına, yaxınlarına fərdi ad seçimi  hüququna hörmətlə yanaşmaqla yanaşı, doğru nümunələrin təbliği və təşviqi çox vacibdir:

“Burada ictimai mühitdə tanınmış insanların nümunəvi davranışları önəmlidir. Ərəb, fars, rus, ingilis, yunan, latın, moltanı və sair adların təkrar olaraq yaşayan nəsillərə ötürülməsi ənənəsindən qurtulmaq üçün təbliğatı gücləndirməliyik. Nümunə üçün qeyd edim ki, həm övladlarıma, həm də nəvəmə milli ad qoyulmasını birmənalı şəkildə təmin etməklə yanaşı, yaxınlarımı, çevrədəki ərkim keçən insanları də istər dini, istər başqa xarakterli ərəb, fars, rus, ingilis, latın, yunan və sair adları qoymaqdan çəkinməyə çağırıram.

Soyadlarına bu yöndə düzəliş etmək çətindir, orada “ov”, “yev”i təmizləsən də, milliləşdirmək mümkün olmur. Heç olmazsa, bundan sonra gələn nəslin adlarınının saflığnı qorumağa çalşaq”.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
3
globalinfo.az

4Sources