EN

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında güclənir - FAKTİKİ HAVA

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi qərb rayonlarında arabir yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 7, Ordubad və Şahbuzda 3, Şərur və Daşkəsəndə 2, Gəncə, Naxçıvan, Culfa, Gədəbəy, Naftalan, Şəmkir, Zaqatala və Tovuzda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Xızıda 17 m/s-dək güclənir.

Lerik, Sabirabad, Biləsuvar, Göygöl, Şəmkirdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Chosen
2
34
azertag.az

10Sources