EN

Rusiya FHN: Dağıstanda 50-dən çox ev hələ də su altındadır

BAKI, 19 aprel. TELEQRAF

Dağıstanda 54 yaşayış evi və 59 həyətyanı sahə hələ də su altında qalmaqdadır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, respublikanın 4 yaşayış məntəqəsində 54 ev, 59 həyətyanı sahə və 3 avtomobil yolu sahəsi subasmaya məruz qalıb. Hazırda 2 bələdiyyə ərazisində elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.

"15 müvəqqəti sığınacaqda 544 nəfər yerləşdirilib ki, onlardan da 170-i uşaqdır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 18-nə olan məlumata görə, Dağıstanda 117 yaşayış evi və 122 həyətyanı sahə su altında idi. Bu isə subasmanın əhatə dairəsinin tədricən azaldığını göstərir.

Ümumilikdə Şimali Qafqazda əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılmasına 3,8 mindən çox mütəxəssis və 984 vahid texnika cəlb olunub. Bütün operativ xidmətlər gücləndirilmiş iş rejimində çalışır, prosesə Rusiya FHN-in aviasiyası da qoşulub.

Chosen
21
1
teleqraf.com

2Sources