EN

Trampın müşavirlərin tövsiyəsi: “Az danış”

ABŞ prezidenti Donald Trampın müşavirləri ona mediaya daha az danışmağı, kortəbii müsahibələr verməməyi tövsiyə edirlər, çünki bu cür söhbətlər onun açıqlamalarının ziddiyyətli mahiyyətini daha da üzə çıxarır.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Ağ Evə yaxın olanlar ona dəfələrlə media ilə əlaqələrini azaltmağı məsləhət görüblər. O, bir müddət razılaşıb, lakin sonra əvvəlki təcrübəsinə qayıdıb.

Gerçəkdən də Tramp həftə ərzində dəfələrlə qalmaqallı açıqlamalar verməklə məşhurdur. Hətta elə olur ki, o, bir gündə bir-birinə ziddi iki-üç açıqlama verir.

ABŞ siyasi elitasında belə rəy formalaşıb ki, bu cür açıqlamalar Ağ Evin reputasiyasına, administrasiyanın avtoritetinə zərbə vurur. Ancaq hələlik heç bir qüvvə Trampı bu vərdişindən əl çəkməyə vadar edə bilmir.

Musavat.com

Chosen
30
1
musavat.com

2Sources