EN

Avropa çempionatı: Zelim Kotsoyev turnirə qələbə ilə başlayıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Z. Kotsoyev növbəti raunda vəsiqə qazanıb.

Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinov (+78 kq) də tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Chosen
16
19
far.az

4Sources