GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın İranın Xarq adasını ələ keçirmək fikrindən niyə imtina etdiyi məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.
Bildirilib ki, Ağ Ev rəhbəri belə bir hücumun çoxlu sayda insan itkisinə səbəb olacağından qorxub.
“Hərbi komandirlər Trampı desantın uğurlu olacağına və ərazinin ələ keçirilməsinin ABŞ-a Hörmüz boğazına çıxışı təmin edəcəyinə inandırıblar. Lakin ABŞ Prezidenti Amerika qüvvələrinin İran üçün “asan hədəf” ola biləcəyinə inanaraq belə bir addımı rədd edib.
Vəziyyətlə tanış olan mənbələrə görə, Tramp bəzi əsgərlərin yaralanacağı və bəzilərinin ümumiyyətlə evə qayıtmayacağı təhlükəli zonalara qoşun göndərməkdən qorxur”, – deyə qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Tramp dəfələrlə Tehrana qarşı sərt bəyanatlar verib, o cümlədən adanı ələ keçirməklə hədələyib.
Xarq adası strateji əhəmiyyətə malikdir, çünki orada İranın əsas neft terminalları yerləşir.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.