EN

Füzulidə qəzada ölənlər hərbçilərdir Adları (YENİLƏNİB)

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Füzulidə yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə  Böyük Bəhmənli kəndi ərazisində baş verib. "Mercedes" markalı  avtomobil "VAZ"2107 markalı maşınla  toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Vəliyev Əli Canbul oğlu və 2000-ci il təvəllüdlü Talıbov Mirqəşəm İsmayıl oğlu hadisə yerində həyatını itirib.

2 nəfər yaralı- 1995-ci il təvəllüdlü Süleyman  Süleymanov və 2001-ci il təvəllüdlü  Rəşad Namazəliyev isə  xəstəxanaya çatdırılıb.

Qəza zamanı ölənlərin hərbçi olduğu, xəsarət alan R.Namazəliyevin isə ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***09:38

Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ehtiram Muradov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
1
unikal.az

6Sources