EN

Mingəçevir sakininə şüşə qabla xəsarət yetirən şəxs saxlanıldı

Mingəçevirdə 40 yaşlı kişiyə şüşə qabla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal"ın məlumatına görə, hadisə N.Nərimanov küçəsində qeydə alınıb. Mübahisə və münaqişə zəmnində 40 yaşlı şəhər sakini Rəvan Əliyevə şüşə butulka ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Emin Hüseynov saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
21
3
unikal.az

4Sources