EN

MPL: "Kəpəz" "İmişli"ni, "Sumqayıt" "Qəbələ"ni qəbul edir

Bu gün Misli Premyer Liqasında 28-ci tur yekunlaşacaq.

Fanat.Az xəbər verir ki, son gündə 2 matç baş tutacaq.

Öncə “Kəpəz” Yevlaxda “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

Turun son qarşılaşması isə Sumqayıtda teallaşacaq. Şəhərin eyniadlı komandası “Qəbələ”ni qəbul edəcək. Görüşdə ədaləti Vüqar Həsənli qoruyacaq.

Daha öncə keçirilmiş “Zirə” – “Neftçi” oyununda heç-heçə (1:1) qeydə alınıb.  “Karvan-Yevlax” “Şamaxı”nı (1:0) məğlub edib, “Araz-Naxçıvan” “Turan Tovuz”a (0:3), “Qarabağ” “Sabah”a (0:1) uduzub.

Misli Premyer Liqası
28-ci tur
19 aprel

“Kəpəz” “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 15:30.

“Sumqayıt” “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

 

Chosen
6
2
fanat.az

4Sources