EN

Ajda Pekkan səhnəyə BELƏ HAZIRLAŞIR - VİDEO

Türk pop musiqisinin əfsanəvi siması Ajda Pekkan bu dəfə səhnə arxasından yayılan görüntülərlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, "Superstar" kimi tanınan sənətçi səhnəyə çıxmazdan az əvvəl kulisdə kameraların obyektivinə tuş gəlib. Uzun illərin təcrübəsini əks etdirən bu anlarda o, çıxış öncəsi son hazırlıqlarını edərkən görüntülənib.

Xüsusilə sənətçinin makiyajını tamamlayaraq dodaqlarına pomada çəkməsi sosial şəbəkələrdə maraq doğurub. Onun bu təbii və səmimi görüntüləri izləyicilər tərəfindən böyük diqqətlə qarşılanıb.

Həmişə zərifliyi və baxımlı imici ilə seçilən Ajda Pekkanın səhnə arxasındakı bu anları da pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib. Bir çoxları sənətçinin həm səhnədə, həm də kulisdə eyni peşəkarlıq və cazibəni qoruduğunu vurğulayıb.

Musa
Milli.Az

Chosen
2
1
milli.az

10Sources