BAKI, 19 aprel. TELEQRAF
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tayland Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun 20 aprel tarixlərində Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.