EN

ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama

ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı məsələlərin təxminən 80 faizi üzrə razılığa gəliblər.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadla "Habertürk" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, artıq ciddi irəliləyişin qeydə alındığı nüvə dosyası da daxil olmaqla, danışıqlar prosesi bir neçə istiqamətdə aparılır və mövcud informasiyaya görə, bu dosyadakı mövzuların böyük əksəriyyəti razılaşdırılıb.

Qeyd olunub ki, qalan məsələlər ətrafında müzakirələr davam edir və tərəflər cari dialoq çərçivəsində əlaqələrini saxlayırlar.

Mənbələr həmçinin bildiriblər ki, İranın 440-450 kiloqram həcmində zənginləşdirilmiş uranının Türkiyə və ya Pakistan kimi üçüncü bir ölkəyə çıxarılması variantı nəzərdən keçirilir.


Telegram kanalımız
Chosen
3
1
yenisabah.az

2Sources