BAKI, 19 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsraili Birləşmiş Ştatların böyük müttəfiqi kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp sosial şəbəkədə paylaşım edib.
Tramp yazıb ki, münaqişə zamanı bəzi ölkələr əsl simalarını göstərib, lakin İsrail onların əksinə olaraq mübarizə aparır və necə qalib gələcəyini bilir.
O qeyd edib ki, insanların İsraili bəyənib-bəyənməməsindən asılı olmayaraq, bu ölkə ABŞ üçün böyük müttəfiq olaraq qalır. Tramp İsrailin cəsarətli, sadiq və ağıllı olduğunu vurğulayıb.