EN

Luis Enrike barmağını ötən ilki nəticəyə tuşladı

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinalında “Bavariya”ya qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini bölüşüb. İspaniyalı mütəxəssis rəqibin gücünü etiraf etsə də, öz komandasına güvəndiyini vurğulayıb.

İdman.Biz xəbər verir ki, Enrike turnir boyu çətin qrafiklə üzləşdiklərini xatırladıb. O, hazırda Avropanın ən yaxşı klublarından biri ilə qarşılaşacaqlarını, lakin PSJ-nin son çempion statusu daşıdığını qeyd edib.

Baş məşqçinin sözlərinə görə, qarşıda nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir, lakin azarkeşləri çox yüksək səviyyəli və inanılmaz iki oyun gözləyir.

Favorit statusuna da toxunan Enrike bu mövzunun onun üçün əhəmiyyətli olmadığını bildirib. O, əsas məsələnin kağız üzərindəki proqnozlar deyil, komandanın meydanda nümayiş etdirəcəyi performans olduğunu deyib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
icma.az

1Sources