EN

Ərdoğan İraq Kürdüstan Regionunun başçısı ilə görüşdü:İRAN ÜÇÜN ORTAYA QOYULAN SSENARİLƏR HEÇ KİMƏ XEYİR GƏTİRMƏYƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

 

Qeyd olunub ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

 

Görüşdə regional məsələlər müzakirə olunub. R.T.Ərdoğan İrana hücumlarla başlayan münaqişənin bütün bölgəni yorduğunu, müharibənin tamamilə sona çatdırılması və qalıcı sülhə nail olunması üçün Türkiyənin aidiyyəti ölkələrlə birlikdə səylərinin davam etdiyini bildirib.

 

"İran üçün ortaya qoyulan ssenarilər heç kimə xeyir gətirməyəcək, hər bir halda İraqda sabitliyin qorunmasının kritik əhəmiyyəti var", - deyə Türkiyə lideri vurğulayıb.




Chosen
7
3
senzor.az

5Sources