EN

BMT Livanda sülhməramlıya hücumu sərt şəkildə qınadı

BAKI, 19 aprel. TELEQRAF

BMT baş katibi Antoniu Quterreş Livanın cənubunda baş verən və bir sülhməramlının ölümü ilə nəticələnən hücumu qətiyyətlə pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

Məlumata görə, şənbə günü baş verən hücum nəticəsində Antoniu Quterreş sülhməramlı qüvvələrin tərkibində xidmət edən fransalı hərbçinin həlak olduğunu, daha üç nəfərin isə yaralandığını bildirib. Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd olunub.

Quterreş bütün tərəfləri beynəlxalq hüquq qarşısında öhdəliklərinə əməl etməyə, BMT əməkdaşlarının təhlükəsizliyini və toxunulmazlığını təmin etməyə çağırıb.

BMT-də vurğulanıb ki, sülhməramlıya qarşı hücum beynəlxalq humanitar hüququn ciddi pozuntusudur və hərbi cinayət kimi qiymətləndirilə bilər.

Chosen
36
teleqraf.com

1Sources