“Sabah”ın hücumçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”la görüşdə zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı hücumçu matçın ardından xəstəxanaya aparılıb. Onun son durumu həkim yoxlanışının ardından sabah bəlli olacaq.
Xatırladaq ki, Mikels görüşün 90+1-ci dəqiqəsində məcburi əvəzlənib. Onun yerinə meydana Xəyal Əliyev daxil olub. Görüş “Sabah”ın 1:0 hesablı qələbəsilə başa çatıb.