Bakı, 19 aprel, AZƏRTAC
İngiltərə Premyer Liqasında 33-cü turun mərkəzi oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Çelsi" doğma meydanda "Mançester Yunayted"lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "qırmızı şeytanlar" 58 xalla üçüncü pillədə qərarlaşıb. London təmsilçisi isə 48 xalla altıncı yerdədir.