EN

Natavanı "Nisan"a, İzzəti "Eşref tek"ə BƏNZƏTDİLƏR - VİDEO

Sosial şəbəkələrdə yayılan arxiv video izləyicilərin marağına səbəb olub.

Milli.Az xəbər verir ki, ATV-də yayımlanan köhnə layihələrdən birinə aid olan görüntülər yenidən gündəmə gəlib. Kadrlarda bir çox tanınmış müğənnilərin yer alması videoya marağı daha da artırıb.

Xüsusilə Natavan Həbibi və İzzət Bağırov izləyicilərin diqqət mərkəzində olub. Sosial şəbəkə istifadəçiləri onların görüntülərini məşhur serial qəhrəmanlarına bənzədiblər.

Belə ki, izləyicilər Natavan Həbibini "Nisan", İzzət Bağırovu isə "Eşref Tek" obrazına bənzədərək maraqlı şərhlər yazıblar.

Paylaşım qısa müddətdə çoxsaylı baxış, bəyənmə və rəylər toplayaraq sosial mediada geniş müzakirələrə yol açıb. İzləyicilər arxiv görüntülərin nostalji hisslər oyatdığını da xüsusi qeyd ediblər.

Musa
Milli.Az

Chosen
30
1
milli.az

2Sources