EN

Fransa İranın 80-ə yaxın pilotsuz uçuş aparatını məhv edib

BAKI, 19 aprel. TELEQRAF

Fransa Silahlı Qüvvələri ABŞ və İsrailin İrana qarşı başladığı müharibə fonunda Yaxın Şərqdə təxminən 80 İran pilotsuz uçuş aparatını vurub.

Teleqraf xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" nəşri məlumat yayıb.

Məlumata görə, “Shahed” tipli təxminən 80 pilotsuz uçuş aparatı tərəfdaş ölkələrin hava məkanında Fransa silahları ilə məhv edilib. Bildirilir ki, Paris “Rafale” qırıcı təyyarələri, “Tiqr” helikopterləri və hava hücumundan müdafiə sistemlərindən istifadə edərək müttəfiqlərini qorumaq və hərbi nüfuzunu gücləndirmək üçün hibrid strategiya tətbiq edir.

Bununla belə, hərbçilər etiraf edirlər ki, maliyyə baxımından dəyəri təxminən 600 min avro olan “MICA” raketlərinin qiyməti təxminən 30 min avro olan dronlara qarşı istifadəsi məqsədəuyğunluğu ilə bağlı suallar yaradır. Bundan əlavə, münaqişə başlayandan bəri sursat ehtiyatlarının kifayət etmədiyi də üzə çıxıb.

Bu səbəbdən martın 30-dan etibarən İran pilotsuz uçuş aparatlarının vurulması üçün 30 millimetrlik toplarla təchiz edilmiş helikopterlər də əməliyyatlara cəlb olunub.

Chosen
33
teleqraf.com

1Sources