“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasının bu mövsümündə 18-ci məhsuldar ötürməsini verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu 33-cü turda “Çelsi” ilə oyunda (ikinci hissə 1:0) Mateus Kunya üçün assist müəllifi olub. Bu ötürmə sayəsində Bruno bir mövsümdə assist sayına görə Premyer Liqa tarixinin ən yaxşı göstəricilərindən birinə çatıb.
Beləliklə, Fernandes aşağıdakı futbolçuların nəticəsini təkrarlayıb:
Sesk Fabreqas — 18 assist (2014/15)
Frank Lempard — 18 assist (2004/05)
Kevin De Bruyne — 18 assist (2016/17)
Muhamed Salah — 18 assist (2024/25)
Bir mövsümdə daha çox assist edən yalnız üç futbolçu olub:
Thierri Anri — 20 assist (2002/03)
Kevin De Bruyne — 20 assist (2019/20)
Mesut Özil — 19 assist (2015/16)
Beləliklə, Bruno rekordun təkrarlanmasına cəmi 2 assist, yeni rekord müəyyənləşdirməyə isə 3 assist uzaqlığındadır. Mövsümün sonuna az oyun qaldığını nəzərə alsaq, onun bu tarixi göstəricini yeniləmək şansı kifayət qədər yüksək görünür.
saytlarin hazirlanmasi