EN

Kiyevdəki atışma TERROR AKTI kimi qiymətləndirildi

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.Bizim.Media "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Ruslan Kravçenko və Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.Bildirilib ki, Kiyevin Qoloseyevski rayonunda mülki şəxslərin güllələnməsi və girov götürülməsi faktı üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsinə əsasən (insan ölümünə səbəb olan terror aktı) cinayət işi açılıb.Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını, o cümlədən hücum edən şəxsin motivlərini araşdırmaq üçün kompleks tədbirlər görür.Qeyd edək ki, Kiyevdə 58 yaşlı rusiya əsilli kişi küçədə insanlara atəş açıb və sonra supermarketdə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı 6 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
1
bizim.media

2Sources