EN

Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar Foto

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əsas heyətdən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynovun akademiya komandalarının oyunlarını izləyiblər.

“Qafqazinfo” xəbər verir ki, onlar “Sərhədçi” idman kompleksinə yollanaraq, aşağı yaş qruplarının oyununu tribunadan baxıblar.

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov nizam-intizam qaydalarına görə, ötən gün əvəzedici heyətə göndərilmişdilər. Onların yoxluğu bu gün Misli Premyer Liqasının 28-ci turunda özünü büruzə verib. “Köhlən atlar” öz meydanında “Sabah”a 0:1 hesabı ilə məğlub olaraq azarkeşlərini məyus edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
3
qafqazinfo.az

4Sources