EN

Qurbanov Elvin Cəfərquliyevdən danışdı: Hər dəfə səhvlərə göz yummaq olmaz

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib.

"Unikal" xəbər verir ki, baş məşqçi bu barədə Azərbaycan Premyer Liqasının 28-ci turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında danışıb.

"Biz də futbolçu dönəmimizdə səhvlər etmişik. Əsas odur ki, bundan dərs çıxarmağı bacaraq. Elvin də Çempionlar Liqasında turun oyunçusu seçildi. Son vaxtlar hər kəs ondan danışırdı. Məğlub olsaq da, sonadək döyüşməliyik. Əgər şəxsi olaraq uğur qazandınsa, arxayınlaşmaq olmaz. Bura "Qarabağ" klubudur və hər dəfə səhvlərə göz yummaq olmaz. Futbolçularımın həyat tərzini daha çox incələməliyəm", - deyə Q.Qurbanov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
4
unikal.az

3Sources