EN

Macarıstanda parlament seçkisinin rəsmi nəticələriAÇIQLANDI

Macarıstanda müxalif "Tisa" partiyası parlament seçkisində 199 yerdən 141-ni qazanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstan Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Məlumata görə, partiyanın əsas rəqibi - Viktor Orbanın rəhbərlik etdiyi "Fidesz - Macarıstan Vətəndaş Birliyi" və Xristian Demokrat Xalq Partiyasından ibarət koalisiya cəmi 52 mandat əldə edib.

Səsvermədə altı milyona yaxın (79,56%) seçici iştirak edib.

Partiyanın sədri Peter Madyarın parlamentin ilk iclasında baş nazir seçilməsi gözlənilir. İclasın tarixini ölkə prezidenti Tamaş Şuyok müəyyən edəcək. O, artıq Madyara yeni hökumət qurmağı təklif edib.

"Tisa" parlamentdə konstitusiya çoxluğuna sahib olacaq və əsas qanuna dəyişikliklər etməyi, o cümlədən baş nazir postunda qalma müddətini iki dördillik dövrlə məhdudlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Macarıstanda parlament seçkisi aprelin 12-də keçirilib.

Chosen
13
2
redaktor.az

3Sources