EN

Macarıstan seçkilərinin yekun nəticələri AÇIQLANDI

Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi "Fides" – Xristian-Demokrat Xalq Partiyası ölkədə keçirilən parlament seçkilərində qəti şəkildə məğlub olub.

Publika.az xəbər verir ki, bu barədə Milli Seçki Ofisi (NVI) səslərin 100 faizinin hesablanmasından sonra məlumat yayıb.

Bildirilib ki, müxalif "Tisa" partiyası 141 yer qazandığı halda, "Fides" cəmi 52 mandat əldə edə bilib.

"Tisa" partiyası 96 birmandatlı dairədə inamlı qələbə qazandığı halda, Orbanın partiyası yalnız 10 dairədə üstünlük qazanıb.

Partiya siyahıları üzrə səsvermənin nəticələrinə əsasən, ölkənin əsas müxalifət qüvvəsi 45 yer, onların əsas rəqibləri isə 42 yer qazanıb; qalan altı mandat isə sağçı "Bizim Vətənimiz" partiyasına nəsib olub.

Chosen
11
2
publika.az

3Sources