EN

“Çempionlar” turnirində güləşçilərimizdən beş medal FOTO

ain.az bildirir, Idman.biz portalına istinadən.

Türkiyənin Antalya şəhərində U20 yaş qrupu üzrə keçirilən ənənəvi “Çempionlar” turnirinə start verilib. Yarışın ilk günü Azərbaycan seçmə komandası üçün uğurlu keçib və güləşçilərimiz günü beş medalla tamamlayıblar.

İdman.Biz xəbər verir ki, sərbəst güləş ustalarından Hacı Kərimov (70 kq) bütün rəqiblərinə qalib gələrək turnirin çempionu olub. Bu növ üzrə digər təmsilçimiz Muhamməd İsmayılov (57 kq) isə bürünc medala sahib çıxıb.

Yunan-Roma güləşi üzrə yarışlarda da idmançılarımız uğurlu çıxışları ilə yadda qalıblar. Roman Kərimov (67 kq) rəqiblərinə heç bir şans tanımayaraq qızıl medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Murad Əliyev bürünc, Cavidan Nəhmətov (77 kq) isə gümüş medalı boynundan asıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
icma.az

1Sources