EN

Kiyevdə silahlı hücum nəticəsində 6 nəfər ölüb, yaralılar var - YENİLƏNİB

Kiyevin Qoloseyevski rayonunda küçədə və supermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib.

"Atışma zamanı xəsarət alan və daha əvvəl xəstəxanaya yerləşdirilən 10 nəfərdən biri xəstəxanada vəfat edib. Bu, 30 yaşlarında qadındır. Onun şəxsiyyəti müəyyənləşdirilir", - mer qeyd edib.

Ümumilikdə 15 nəfər xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun “Telegram”da yaydığı məlumata görə, hücum edən şəxs Qolosiyevski rayonunda yerləşən supermarketdə gizlənib və xüsusi təyinatlı dəstə tərəfindən keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.

Nazir bildirib ki, hüquq-mühafizə orqanları əvvəlcə hadisəni törədən şəxslə danışıqlar aparmağa çalışıb, lakin o, girov götürdüyü şəxsləri buraxmayıb və saxlanılarkən polis əməkdaşına atəş açıb. Bundan sonra mağazaya hücum təşkil olunub.

Kiyev meri Vitali Kliçkonun məlumatına görə isə, hadisə nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında bir uşağın da olduğu qeyd edilir.

"Unian" yazır ki, silahlı şəxs əvvəlcə Kiyevin Demeevka ərazisində küçədə insanlara atəş açıb.

Daha sonra o, supermarketə daxil olub. Polis əməkdaşları onu təslim olmağa çağırsa da, bu cəhdlər nəticəsiz qalıb. Yerli mənbələr hücumdan əvvəl şəxsin yaşadığı mənzili yandırdığını da qeyd edir.

Mediada yayılan məlumatlara görə, hücum edən şəxs 58 yaşlı Moskva əsilli Dmitri Vasilyeviç Vasılçenkovdur. Qeyd olunur ki, o, əvvəlcə Donetsk vilayətinin Baxmut şəhərində yaşayıb, daha sonra isə Kiyevin Qolosiyevski rayonuna köçüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
29
6
cebheinfo.az

10Sources