EN

Millimiz Andorranı məğlub etdi

Bu gün qadınlardan ibarət Azərbaycan milli komandası Millətlər Liqasının C3 qrupunun 4-cü turunda Andorra ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv rəqibinə 2:0 qalib gəlib.

Matçdakı qolları Yeliz Açar və Esra Manya vurub. Azərbaycan - Andorra 2:0

Qollar: Açar 12, Manya 64

Qeyd edək ki, Azərbaycan milli komandası 4 turdan sonra 9 xalla 2-ci pillədədir.

Bizim.Media

Chosen
20
2
bizim.media

3Sources