EN

Alleqri “Milan”dakı gələcəyi ilə bağlı danışdı

"Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri yayda komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Qalıb-qalmayacağım barədə çox danışılır, bu hər zaman belə olur. Amma ən vacibi nəticələrdir. Mənim karyeram bunu göstərir. İşləməyi və inkişafı görməyi sevirəm. Böyümək üçün zəif tərəflər üzərində çalışmalıyıq. Biz iki ilə Çempionlar Liqasını qazana bilmərik, amma ambisiya olmalıdır. Gələcək barədə düşünməsək, geri qalacağıq.

Klubla çox danışırıq, amma əvvəlcə hədəfləri müəyyənləşdirmək lazımdır. Transfer bazarında mən tövsiyələr verirəm, klub isə qərar verir. Bu barədə indi danışmaq mənasızdır. Növbəti görüş 12 iyulda olacaq”.

Daha əvvəl onun rəhbərlik tərəfindən kifayət qədər dəstək görmədiyi iddia olunurdu.

Qeyd edək ki, Alleqri 2025-ci ilin yayında “Milan”ın baş məşqçisi təyin olunub. İtaliya A Seriyasında 32 turdan sonra “Milan” 63 xalla 3-cü pillədə qərarlaşıb.

Chosen
19
90deqiqe.az

1Sources