EN

MPL: “Sabah” “Qarabağ”ı uddu

Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edib.

İki sahil” yazır ki, oyunda yeganə qolu 45-ci dəqiqədə “Sabah”ın futbolçusu Abdulax Xaybulaev vurub.

Bununla da “bəyquşlar” minimal hesablı qələbəni təmin edərək lider mövqelərini bir az da möhkəmləndiriblər.

Qeyd edək ki, “Sabah” 28 oyundan 69 xal toplayaraq turnir cədvəlinə liderlik edir. Bir oyun az keçirən “Qarabağ” isə 56 xalla ikinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası,

28-ci tur

18 aprel (şənbə)

19:30. “Qarabağ” 0-1 “Sabah”

Qol: Abdulax Xaybulaev, 45

Tofiq Bəhramov adına Respublika Stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
30
ikisahil.az

1Sources