EN

ABŞ əməliyyatları genişləndirir

Vaşinqton Yaxın Şərqdən kənarda, beynəlxalq sularda İranla əlaqəli gəmiləri ələ keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.

"Yaxın günlərdə Amerika hərbçiləri İranla əlaqəli neft tankerlərinə daxil olmağa və beynəlxalq sularda ticarət gəmilərini ələ keçirməyə hazırlaşırlar ki, bununla da öz hərbi-dəniz əməliyyatlarını Yaxın Şərq hüdudlarından kənara çıxarırlar", - materialda deyilir.

Qeyd edilib ki, Vaşinqtonun Tehrana iqtisadi təzyiqi gücləndirmək qərarı İslam Respublikasını Hörmüz boğazını yenidən açmağa və tərəflər arasında danışıqlar mövzusu olan nüvə proqramı ilə bağlı güzəştə getməyə məcbur etmək məqsədi daşıyır.

Chosen
14
publika.az

1Sources