Ajans.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb. H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. (report)