EN

TÜRKPA Baş katibi ŞKTC-nin fəaliyyətinə dəstəyin davam edəcəyini vurğulayıb

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən aprelin 18-də 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Tahsin Ertuğruloğlu ŞKTC-yə göstərilən hərtərəfli dəstəyə görə Baş katibə səmimi minnətdarlığını bildirib.

R.Həsən TÜRKPA-nın son altı aylıq fəaliyyəti barədə ətraflı məlumat verib, həm Türk Dövlətləri Təşkilatında, həm də TÜRKPA-da müşahidəçi qismində iştirak edən ŞKTC-nin aktiv fəaliyyətinin bundan sonra da tam şəkildə dəstəklənəcəyinə ümidvarlığını ifadə edib.

3Sources