EN

Deputat: Türkiyə Böyük Millət Məclisi TÜRKPA-nın fəaliyyətinə dəstəyi davam etdirməyə hazırdır

Antalyada V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı Zafer Sırakaya ilə görüşüb.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər parlamentarilərin rolu və siyasi partiyaların qardaş dövlətlər arasında əməkdaşlığın təşviqinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparıblar. Həmçinin TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsindəki rolu, üzv dövlətlərin deputatlarının türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr müzakirə olunub. Baş katib Z.Sırakayaya TÜRKPA-nın bu istiqamətdəki fəaliyyəti barədə məlumat verib.

Deputat Z.Sırakaya rəhbərlik etdiyi partiyanın və Türkiyə Böyük Millət Məclisi üzvlərinin TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edərək, təşkilatın işinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb.

2Sources