EN

Türkiyənin ordu generalı Liviyada hərbi təlimdə - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergün Liviyada davam edən "Flintlock-2026" çoxmillətli xüsusi təyinatlı qüvvələr təliminin açılış mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi Liviya Milli Birlik Hökumətinin müdafiə naziri general-mayor Əbdüssəlam Zubi, Liviya Milli Ordusunun baş komandan müavini, ordu generalı Səddam Haftar və ABŞ Afrika Komandanlığının müavini general-leytenant Con Brennan ilə görüşlər də keçirib.




Bizim.Media

Chosen
14
6
bizim.media

8Sources