EN

Kiyevdə insanları GÜLLƏLƏYƏN ŞƏXS barədə ŞOK FAKTLAR – FOTOLARI YAYILDI

Kiyev şəhərinin Qoloseyevski rayonunda naməlum şəxsin “Velmart” supermarketində atəş açaraq insanları girov götürdüyü barədə yerli media məlumat yayıb.

Hadisənin Demeyevka rayonu ərazisində baş verdiyi bildirilir. Silahlı şəxs əvvəlcə yoldan keçən sakinlərə atəş açıb, daha sonra isə mağaza binasına daxil olaraq orada sığınıb. Hadisə yerinə dərhal polis və xüsusi təyinatlı dəstələr cəlb olunub, ərazi mühasirəyə alınıb.

NOCOMMENT.az xəbər verir ki, insident nəticəsində həlak olanlar və yaralananlar var. Ukrayna mediasının yaydığı son məlumatlara görə, terrorçu Rusiya ordusunun polkovnik-leytenantıdır. Jurnalist Vitali Qlaqolanın yazdığına görə, həmin şəxs Rusiya seqmentindəki sosial şəbəkələrdə “Xüsusi Hərbi Əməliyyat” üçün ianələr topladığını açıq şəkildə bəyan edib.

Onun Rusiyanın 30274 nömrəli hərbi hissəsində xidmət keçdiyi və hərbi formada fotoları aşkar olunub.

Araşdırmalar zamanı məlum olub ki, əslən Moskva vilayətindən olan terrorçu uzun illər Ryazanda yaşayıb və 2022–2023-cü illər ərzində Rusiya banklarında aktiv hesabları olub. O, həmçinin işğal altındakı Krımda Rusiyanın “Fövqəladə Hallar Nazirliyində” çalışıb. Həm Rusiya, həm də Ukrayna vətəndaşlığı daşıyan şəxsin 2016-cı ildə üç dəfə Rusiya sərhədini keçdiyi müəyyən edilib. Paytaxtda qanlı qətliam törədən bu şəxsin illərdir gözlədiyi “rus dünyasını” özbaşına tətbiq etməyə çalışdığı vurğulanır. Hazırda əməliyyat tədbirləri davam edir. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verilir.

Sara,
NOCOMMENT.az

Chosen
26
2
nocomment.az

3Sources