EN

Ukraynadan Rusiyaya ağır zərbə - Qara dənizdə üç hərbi gəmi vuruldu…



Ukrayna Krımda Rusiya Qara Dəniz Donanmasına məxsus üç hərbi gəmini vurub. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bu barədə açıqlamasında bildirilir ki, hücumlar Krımdakı müxtəlif Rusiya hərbi hədəflərinə qarşı həyata keçirilib.

Hücumların Rusiya donanmasının böyük desant gəmiləri olan "Yamal" və "Azov"a zərər verdiyi iddia edilsə də, zədələnmiş üçüncü gəminin adı hələlik müəyyən edilməyib.

Açıqlamada, bölgədə Rusiya ordusuna aid hərbi radar sistemi və yanacaq anbarları kimi logistika mərkəzlərinə də hücumlar təşkil edildiyi bildirilir.

Tahir TAĞIYEV

Chosen
35
baki-xeber.com

1Sources